Niderland parlamentində şənbə günü keçirilən səsvermədə Fələstin dövlətinin tanınması və İsrailə qarşı sanksiyaların tətbiqi ilə bağlı təklif hökumətdəki siyasi böhran fonunda rədd edilib.
Bu barədə “Politico” məlumat yayıb.
Niderland parlamenti Fələstinin tanınmasına, İsrail tərəfindən işğal olunmuş İordan çayının qərb sahilindən gətirilən malların boykot edilməsinə, eləcə də İsraildən silah alınmasının qadağan edilməsinə səs verməyib.