Baş nazir Mark Ruttenin rəhbərlik etdiyi Niderland hökuməti istefa verib.
Bu barədə Niderland Nazirlər Kabinetinin rəhbəri mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda hökumətin istefası Kral Villem-Aleksandra təqdim olunacaq:
“Hakim koalisiyanın dağılması miqrasiya siyasətindəki fikir ayrılıqları ilə bağlıdır. Bu, son dərəcə məyusedici siyasi reallıqdır”.
Növbəti addım yeni parlament seçkilərinin keçirilməsi olacaq. Onların nəticələrinə əsasən yeni hakim koalisiya yaradılmalıdır. Bu baş verənə qədər indiki hökumət müvəqqəti olaraq öz vəzifələrini yerinə yetirməyə davam edəcək.