18 C
Baku
Tuesday, April 23, 2024

Niderland hökuməti uşaq pulu ilə bağlı qalmaqala görə istefa verib

Niderland hökuməti uşaq pulu ilə əlaqəli olan qalmaqala görə istefa verib.

Banker.az bu barədə “TASS” agentliyinə istinadən xəbər verir.

Verilən məlumata görə, ölkənin baş naziri Mark Rutte yaxın vaxtlarda kral Villem-Aleksandra rəsmi istefa məktubunu təqdim edəcək. Keçən il dekabr ayının ortalarında parlament komitəsi Niderlandda bir çox valideynin uşaq pulu sistemindən sui-istifadə etməkdə haqsız olaraq günahlandırıldığını göstərən araşdırmanın nəticələrini açıqlamışdır. Sənəddə ən az 9 min ailənin haqsız olaraq günahlandırıldığı qeyd edilir.

Bu hadisəyə görə məsuliyyət son dərəcədə çətin maddi vəziyyətdə olan nazirlər, məmurlar, deputatlar və məhkəmələrin üzərinə düşür. Belə ki, onlar zərər çəkmiş ailələrə kompensasiya ödəməli olacaqlar.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər