6 C
Baku
Sunday, December 15, 2024

Niderland ölkədəki bütün koronavirus məhdudiyyətlərini ləğv edir

Niderland hökuməti fevralın 25-dən etibarən bütün koronavirus məhdudiyyətlərinin ləğv olunacağını açıqlayıb.

Niderlandın Səhiyyə naziri Ernst Keypersin sözlərinə görə, ölkə yenidən “açılır”, barlar, kinoteatrlar və digər ictiami yerlər sözügedən tarixdən iki ilə yaxın müddətdən sonra normal fəaliyyətlərini bərpa edə biləcəklər. Hava limanı və ictimai nəqliyyat istisna olmaqla bir çox yerlərdə maska taxmaq və fiziki məsafə gözləmək məcburi olmayacaq.

Qeyd edək ki, Niderlandın yetkin əhalisinin təxminən 86 faizi peyvənd olunub. Niderlandla yanaşı Avropada Danimarka, İngiltərə və İsveç də koronavirusla bağlı məhdudiyyətləri ləğv edib.

 

 

Son xəbərlər
Digər xəbərlər