5 C
Baku
Saturday, December 14, 2024

Niderland səfiri: “Sanksiyalar qətiyyən gündəlikdə deyil”

“Qeyd etdiyiniz kimi, mən buraya sentyabrın 20-də, münaqişə yenidən başlayandan bir həftə əvvəl gəlmişəm. Bu, çox narahat dövr, lakin həm də mənə münaqişənin mənbələrinin nədən ibarət olduğunu çox yaxşı başa düşməyə imkan verən zaman idi. Eyni zamanda, mən bununla bağlı paytaxtımla çox sıx şəkildə əlaqə saxladım. Qeyd etdiyiniz kimi, mənim hökumətimin mövqeyi çox balanslaşdırılmışdır. Mən bunu yüksək qiymətləndirirəm. Bu, təhlilin, müzakirələrin və yaxşı dialoqun nəticəsində olub”.

Bu sözləri Niderland Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizeman etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən deyib.

“Mən bir daha vurğulamaq istərdim ki, mənim hökumətimin mövqeyi Avropa İttifaqının mövqeyinə çox uyğundur və çox balanslaşdırılmışdır. Biz münaqişəni izlədik, baş verənləri gördük və münaqişənin hər iki tərəfdə nələrə səbəb olduğu bizi hər zaman çox narahat edir. Bizim sistemdə fərqlilik var. Hökumətin mövqeyi var, parlamentin mövqeyi var və bu, dialoq tələb edir. Bu dialoq bir neçə dəfə baş tutdu və biz qeyd etdik ki, hökumətin balanslaşdırılmış mövqeyinin heç də həmişə parlamentin mövqeyi ilə eyni olması demək deyil. Ötən həftə nazirlə parlament arasında keçirilmiş sonuncu müzakirədə bu məsələlər də qaldırılmışdı. Nazir həm yazılı, həm də şifahi şəkildə israrla bildirdi ki, qaldırılan bu məsələlər mənim hökumətimin mövqeyinə uyğun deyil. Beləliklə, sanksiyalar və bu kimi məsələlər qətiyyən gündəlikdə deyil. Hazırda bu, aktual deyil, bununla bağlı hər hansı sual, müzakirə ola bilməz. Mənim nazirim bunu həm parlamentdə, həm də yazılı formada çox açıq şəkildə bildirib. Şadam ki, bunu burada yenidən təkrarlaya bilirəm”, – səfir əlavə edib.

Son xəbərlər
Digər xəbərlər