26 C
Baku
Saturday, July 27, 2024

Niderland şirkəti SOCAR-ı işıqlandırma sistemləri ilə təmin edəcək

Mayın 25-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Nedrlandın “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolatı və şirkət rəhbərliyinin digər nümayəndələrini qəbul edib.

Banker.az SOCAR-dan  verilən məlumata əsasn xəbər verir ki, görüşdə “Signify” şirkətinin təklif etdiyi işıqlandırma sistemlərinin SOCAR-ın emal zavodlarında və digər müəssisələrində tətbiqi imkanlarını araşdırmaq və səmərəliliyini müəyyən etmək üçün aidiyyəti sahələr üzrə məsul şəxslərlə danışıqların davam etdirilməsi təklif olunub.

Qeyd dək ki, əvvəlki adı “Philips Lighting” olan “Signify” şirkəti şəhərlərin işıqlandırılması sahəsində dünyanın aparıcı şirkətlərindən sayılır. Şirkətin tətbiq etdiyi LED texnologiyası ilə elektrik enerjisinə qənaət etmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər