Niderland ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasına qoşulmayacaq.
Qərar barədə Niderlandın xarici işlər naziri vəzifəsini icra edən David van Vil NPO2 telekanalında bildirib.
“Xeyr, biz (Sülh Şurasında-red) qəti şəkildə iştirak etməyəcəyik. Əksər Aİ ölkələri də iştirakdan imtina edib”, – o bildirib.
Van Vilin sözlərinə görə, Yaxın Şərq üçün Qəzza sülh planının qısa zamanda həyata keçirilməsi vacibdir. “Sülh Şurası bu məsələdə daha praqmatikdir, lakin biz Aİ-də daha prinsipial mövqe tuturuq”, – o əlavə edib.







