15:18
Niderland Ukraynaya yeni hərbi yardım paketini elan edib.
Bu barədə Niderlandın müdafiə naziri Kajsa Ollongren “X”də yazıb.
O bildirib ki, 122 milyon avro həcmində olan hərbi yardım paketinə artilleriya mərmiləri və kibermüdafiə imkanlarını təmin edəcək vasitələr daxildir.
“Biz Ukraynanı Rusiyaya qarşı mübarizədə tək qoymayacağıq”, – nazir vurğulayıb.
***
09:51
Niderland Ukraynaya sursat, silah və kibertəhlükəsizlik üçün 122 milyon avro ayırmağa qərar verib.
Bu barədə Niderland hökumətinin mətbuat xidməti bildirib.
Belə ki, Amsterdam Ukrayna üçün artilleriya mərmilərinin alınması üçün 87 milyon avro ayırır. Niderland həmçinin silahların alınması üçün Ukrayna Beynəlxalq Fonduna 25 milyon avro köçürəcək.
Bundan başqa, Niderland hökuməti Ukraynanın kibermüdafiəsini yaxşılaşdırmaq üçün daha 10 milyon avro ayıracaq.
Bu ianələr 50 tərəfdaş ölkənin daxil olduğu Ukrayna Müdafiə Əlaqə Qrupunun (UDCG) məsləhətləşmələrinin sonucudur. Onlar Ukraynaya Rusiyadan müdafiə üçün avadanlıq və resurslar almağa kömək edirlər.