Rəsmi Berlin Niderlanda Ukraynaya Almaniya istehsalı olan 400 tank əleyhinə silah göndərməyə icazə verib.
Bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Bundan əvvəl Almaniya ölümcül silahların tədarükündən imtina edirdi və üçüncü ölkələr vasitəsilə belə tədarüklərə icazə də vermirdi.
Almaniya indiyədək Ukrayna ordusuna yalnız 5 min dəbilqə verilməsini təsdiqləyib.