Niderland Almaniya ilə birlikdə Ukraynaya ağır haubitsalar tədarük edəcək.
Niderlandın Baş naziri Mark Rutte hökumətin həftəlik iclasından sonra deyib.
“Biz mümkün olan hər şeyi edirik ki, Ukrayna qalib gəlsin”, – Rutte bildirib.
Onun sözlərinə görə, NATO Rusiya ilə birbaşa münaqişəyə girmir, əksinə, maliyyə və hərbi dəstək, eləcə də ağır silah sistemlərinin tədarükü baxımından əlindən gələni edir.
“Ağır sistemlər çox deyil. Bunu ona görə edirik ki, bu, bizim müharibəmizdir. Əgər Putinə Ukraynanı işğal etməyə icazə versək, bundan sonra nə olacaq? Əslində, bu, bizim təhlükəsizliyimiz üçün birbaşa təhdiddir”, – Rutte əlavə edib.