Niderland və Danimarka Ukrayna üçün CV90 piyada döyüş maşınının istehsalı məqsədilə İsveç fonduna 400 milyon avro ayıracaqlar.
Bu barədə Niderland hökumətinin yaydığı press-relizdə məlumat verilib.
Sənəddə qeyd edilib ki, döyüş maşınlarının istehsalı əsasən Niderlandda həyata keçiriləcək.
Niderland Müdafiə Nazirliyi həmçinin öz silahlı qüvvələri üçün pilotsuz təyyarələrin hazırlanması məqsədilə Niderland sənayesinə 54 milyon avro investisiya qoymaq niyyətindədir.