Niderlandın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə XİN mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Haaqanın viza məsələsi istiqamətində destruktiv mövqeyi Niderland səfirinin diqqətinə çatdırılıb.
“Niderland hökumətindən tələb edilib ki, 2014-cü ildə Malayziya hava yolları şirkətinin MH17 reysi ilə üçan “Boeing-777” təyyarəsinin Ukraynanın şərqindəki Qrabovo kəndi yaxınlığında qəzaya uğramasına görə məsuliyyəti əsassız olaraq Rusiya üzərinə atmaq cəhdlərini dayandırsın. Həmçinin diplomatın nəzərinə çatdırılıb ki, rəsmi Amsterdam tərəfindən Rusiyanın Niderlanddakı səfirliyinin birbaşa funksiyalarını yerinə yetirməsinə mane olan siyasət qəbuledilməzdir”, – açıqlamada deyilir.
Qeyd edək ki, İtaliyanın bu ölkədəki səfiri də Rusiya XİN-ə çağırılıb və buna səbəb kimi bir sıra rus ifaçılarının İtaliyada çıxışlarının ləğvi göstərilib.