Niderlandda neftin bahalaşması fonunda benzinin qiyməti yeni rekord həddə çatıb.
Bunu Niderlandın “United Consumers” istehlakçı konsaltinq mərkəzinin məlumatları göstərir.
Hazırda benzinin pərakəndə satış qiyməti 1 litr üçün 2,504 avro təşkil edir. Amma bəzi yanacaqdoldurma məntəqələrində benzinin 1 litri hətta 2,55 avroya satılır. Demək, benzin martın 10-da qeydə alınan əvvəlki rekordla müqayisədə 0,2 sent bahalaşıb.
Niderlandda dizel yanacağının qiyməti də artıb. Hazırda onun 1 litri 2,22 avrodur.
Qeyd edək, bu ölkədə yanacağın qiymətinin artması əsasən neftin bahalaşması ilə bağlıdır.