16 C
Baku
Saturday, April 20, 2024

Niderlandda ilk dəfə 90 yaşdan yuxarı insanlar peyvənd olunacaq

Niderlandda ilk dəfə 90 yaşdan yuxarı insanlar koronavirusa qarşı peyvənd olunacaq.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

“Bu gün ilk dəfə 90 yaşdan yuxarı insanlar umun peyvənd hazırlanacaq”, – mesajda deyilir. Niderlandın Səhiyyə Xidməti (GGD) 90 və yuxarı yaşda olan təxminən 45 min insanı peyvənd etməyi planlaşdırır.

Xatırladaq ki, Niderlandda vaksinasiya 6 yanvar tarixindən başlayıb. İlk olaraq “Pfizer” və “BioNTech” şirkətlərinin istehsal etdiyi peyvənddən istifadə edilib. Dekabr ayının sonunda ölkəyə gələn ilk partiya qocalar evlərinin, eyni zamanda Covid-19 xəstələrinin müalicəsində birbaşa iştirak edən xəstəxana və təcili yardım işçiləri üçün nəzərdə tutulmuşdur.

Son xəbərlər
Digər xəbərlər