6 C
Baku
Sunday, December 15, 2024

Niderlandda sərt karantin olacaq

Niderlandda yeni növ koronavirus infeksiyasına görə gələn ilin 19 yanvar tarixinə qədər beş həftəlik lokdaun elan edilib.

Bunu baş nazir Mark Rütte bəyan edib.

O, qeyd edib ki, Niderland əhalisi təcrid olunmağa məcburdur:

“Koronavirus infeksiyası ilə bağlı qadağalar 15 dekabrdan qüvvəyə minəcək. Mağazalar (ərzaq mağazaları istisna olmaqla), məktəblər və universitetlər bağlanacaq. Əhalini evdən lazımsız yerə çıxmamağa və qonaq qəbul etməkdən imtina etməyə çağırırıq”.

Qeyd edək ki, Niderlandda 632 024 nəfərə koronavirusa yoluxub. Müalicə alan 10 168 pasiyent vəfat edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər