Dik Şuf (Dick Schoof) Niderlandın yeni Baş naziri təyin olunub.
Bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen “X” hesabında paylaşım edib.
“Dik Şufu Niderlandın Baş naziri olması münasibətilə təbrik edirik. Mən sizinlə Niderland və Avropanın xeyrinə konstruktiv tərəfdaşlıq şəraitində işləməyi səbirsizliklə gözləyirəm”, – o bildirib.
Qeyd edək ki, Niderlandın Şufdan əvvəlki Baş naziri Mark Rutte iyunun 26-da Alyansın 32 üzvünün razılığı ilə NATO-nun növbəti baş katibi seçilib. Oktyabrın 2-də o, səlahiyyətlərinin icrasına başlayacaq.