Niderlandın İrandakı səfirliyi Bakıdan fəaliyyət göstərəcək.
Bu barədə Niderlandın xarici işlər naziri Tom Berendsen “X” hesabında bildirib.
“İşçilərimizin təhlükəsizliyinə artan risklər səbəbindən İrandakı Niderland səfirliyinin fəaliyyətini müvəqqəti olaraq Bakıya köçürmək qərara alınıb”, – nazir qeyd edib.







