Niderlandın “Mollie” ödəmə xidməti $6.5 mlrd. qiymətləndirmə ilə $800 mln. cəlb edib

Niderlandın “Mollie” ödəmə xidməti 6.5 milyard dollar qiymətləndirmə ilə 800 milyon dollar investisiya cəlb edib

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “CNBC” məlumat verib.

“Mollie” – Avropanın ən çox tanınmış ödəmə xidməti olmasa da, çox güman ki, onun haqqında eşitmisiniz. Şirkət hələ 2004-cü ildə qurulub və 2020-ci ildə 100 milyon dollar investisiya cəlb etdikdən sonra “təkbuynuzlu”ya çevrilib.

2021-ci ilin iyununda “Mollie” indiyədək keçirilən ən böyük maliyyə raundunu elan edib və 6.5 milyard dollar qiymətləndirmə ilə 800 milyon dollar cəlb edib.

Layihənin rəhbərliyi pandemiyanın dövriyyənin artmasına kömək etdiyini və bunun sayəsində yeni müştərilərin gəldiyini gizlətmir.

“Mollie” gəlirli olmalarının inkişaf üçün çox vacib olduğunu vurğulayıb: ilk növbədə, Avropada möhkəmlənmək və Böyük Britaniya, daha sonra isə Asiya və Latın Amerika bazarına çıxmaq üçün.

Hazırda şirkətdə 480 nəfər çalışır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.