18 C
Baku
Sunday, September 8, 2024

Niderlandın Rusiyadakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Niderlandın Rusiyadakı müvəqqəti işlər vəkili Martin Elqersma Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Rusiya XİN-dən bildirilib.

Qeyd olunub ki, diplomata Krallığın Baş Konsulluğunun ərazisində qanunsuz kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı kəskin etiraz edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər