32 C
Baku
Monday, July 22, 2024

Niderlandlı işçilər Rusiya neftini daşıyan gəmini boşaltmaqdan imtina edirlər

Amsterdam limanı əməkdaşları Rusiya neftini daşıyan gəmini boşaltmaqdan imtina edir.

Bu səbəbdən də şəhərin Eymöyden limanından 40 kilometr aralıda lövbər salan neft tankeri artıq üçüncü gündür ki, yükünün boşaldılmasını gözləyir.

Amsterdam Bələdiyyəsinin başçısı Femke Halseman liman işçilərini dəstəklədiklərini bəyan edib.

Qeyd edək ki, Marşal Adaları bayrağı altında üzən “Sunny Liger” neft tankeri aprelin 29-dan etibarən Niderland sahillərində dayanıb.

Son xəbərlər
Digər xəbərlər