16 C
Baku
Wednesday, May 1, 2024

Niger gələn aydan neft ixracına başlamağı planlaşdırır

Niger yanvar ayında Niger-Benin boru kəməri ilə neft nəqlinə başlayacağını gözləyir.

Bu barədə “Reuters” agentliyi Nigerin yeni rəhbəri Abdurahman Tçianiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Kotonudakı saxlama çənlərinə hazırda neft vuurlur və ixrac mərhələsi başlayanda yanvar ayına qədər tam dolmalıdır.

O izah edib ki, ixrac sutkada 90 min barel təşkil edəcək. Nigerdə ​​hazırda sutkada təqribən 20 min barel neft emalı zavodu var ki, bu da əsasən daxili bazarı təmin edir.

Qeyd edək ki, “PetroChina”nın dəstəyi ilə tikilən Niger-Benin boru kəməri layihəsi 2023-cü ilin noyabrında işə salınıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər