1 C
Baku
Saturday, December 14, 2024

Niger uran və neft yataqlarını qorumaq üçün ordusunu 100 minə çatdıracaq

Niger iqtidarı uran və neft yataqlarını qorumaq üçün silahlı qüvvələrin sayını 10 min nəfərdən 100 min nəfərə çatdırmaq niyyətində olduğunu açıqlayıb.

Bu barədə ECOFIN agentliyi məlumat yayıb.

Ordunun sayının 2030-cu ilə qədər artırılması planlaşdırılır.

Agentlik qeyd edib ki, bunun zərurəti bir neçə onilliklər ərzində mədən əməliyyatlarını təhdid edən terrorçuların aktiv hücumları ilə izah olunur.

Niger neftinin ixrac olunduğu Niger-Benin neft kəməri də daxil olmaqla, digər strateji əhəmiyyətli obyektlər də mühafizəyə tabedir.

Son xəbərlər
Digər xəbərlər