9 C
Baku
Monday, November 18, 2024

Nigeriya BRICS-ə qoşulmaq üçün müraciət edəcək

Nigeriya BRICS-ə qoşulmaq niyyətindədir, bu barədə ölkənin xarici işlər naziri Yusuf Tuqqar bildirib. O qeyd edib ki, ölkəsində “məsləhətçi demokratik sistem” var, ona görə də belə bir qərarın qəbulu üçün “bir qayda olaraq, müxtəlif maraq qrupları və müxtəlif daxili orqanlarla fəal qarşılıqlı əlaqə mövcuddur”.

“Biz bunu etmək niyyətindəyik… Biz bununla çox maraqlanırıq və bunu səbirsizliklə gözləyirik”,  – nazir söyləyib.

Nigeriya digər 22 ölkə ilə birlikdə 2023-cü ilin avqustunda BRICS-ə üzv olmaq üçün rəsmi müraciət edib. Yusuf Tuggar payızda bildirmişdi ki, Nigeriya yaxın iki ildə assosiasiyaya qoşulmaq üçün addımlar atmağı planlaşdırır. O qeyd edib ki, ölkəsi əhalinin sayına və iqtisadi inkişaf tempinə görə Afrikanın ən böyük ölkələrindən biridir.

Son xəbərlər
Digər xəbərlər