Nigeriyanın “NIGUS International” şirkəti və Çinin “Zhongmin Xinjunlong” şirkəti səmt qazından istifadəni nəzərdə tutan 1 milyard dollarlıq saziş imzalayıb.
Bu barədə “Vanguard” portalı məlumat yayıb.
Nigeriya şirkətinin rəhbəri Malik Ado İbrahimin sözlərinə görə, Çin şirkəti ilə əməkdaşlıq ölkəsində məşəl qazının kommersiya istifadəsi və “yaşıl enerji”nin inkişafı üçün ən son texnologiyaları cəlb etməyə imkan verəcək.
Qazın sintetik dizel yanacağına və məişət ehtiyacları üçün maye qaza emal ediləcəyi güman edilir.
“Bu bərpa olunan enerji sahəsində ixtisaslaşan NIGUS-a Nigeriyada ekoloji cəhətdən təmiz iqtisadiyyatı inkişaf etdirməyə imkan verəcək. Hazırda Nigeriyada səmt qazının 90 faizi lazımsız yerə yandırılır”, – şirkətin rəhbəri bildirib.