15 C
Baku
Sunday, May 5, 2024

Nigeriyada ABŞ səfirliyinin əməkdaşları öldürülüb

Nigeriyanın cənubundakı Anambra əyalətində ABŞ səfirliyinin bir neçə əməkdaşı öldürülüb.

Bu barədə Nigeriyanın “Daily Trust” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr Amerika səfirliyinin əməkdaşlarının humanitar missiya ilə Anambra ştatında olduğunu iddia edir. Onların karvanı Oqbaru qəsəbəsi yaxınlığında atəşə tutulub.

“Daily Trust” təhlükəsizlik orqanlarındakı mənbəyə istinadfla məlumatına görə, hücum nəticəsində 4 nəfər ölüb, digərləri yaralanıb. Nəşr vurğulayır ki, hadisə yerinə hüquq-mühafizə bölmələri göndərilib.

ABŞ səfirliyinin əməkdaşlarının ölümünün rəsmi təsdiq etməyib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər