Böyük britaniyada 36 yaşlı Qodvin Nvaofor 7 illik həbs cəzasına məhkum edilmişdir. Belə ki, həmin şəxs elektron poçt vasitəsilə fırıldaqçılıq edərək öz “qurbanlarına” ismarıc göndərərək onları aldatmışdır. Onun qurbanları əmanətlərini itirdiyi bir vaxtda o varlanır və dəbdəbə içərisində yaşayırdı. Onun “xoşbəxtlik gətirən məktubunun” Azərbaycanda da yayıldığı istisna deyil.
İnsanlara göndərilən bu ismarıclarda deyilirdi ki, “onlar beynəlxalq lotereyada iri həcmdə uduşa sahib olublar və onlardan tələb edilən sadəcə məlumatların emal edilməsi və məbləğin onların hesabına köçürülməsi üçün müəyyən qədər məbləğ ödəmələridir.
Bu nigeriyalının dəqiq olaraq bu xarakterli neçə məktubun göndərdiyi məlum olmasa da, polisin bildirdiyinə görə bir neçə yüz nigeriyalı ona inanmış və tələb etdiyi pulu göndərmişdir. Bunun sayəsində də, o təqribən 2 milyon dollar qazana bilmişdir.
Bu fırıldaqçının “xoşbəxtlik gətirən məktubuna” ən çox inanan şəxslər isə adətən internetdən bir o qədər də anlamayan təqaüdçülər idi. Nigeriyalı fırıldaq yolu ilə əldə etdiyi məbləğlə Londonda dəbdəbəli evlərdə vaxtını əylənərək keçirirdi.
Bütün bunları isə o elə də zəngin olmayan Nigeriyadan miqrant olaraq edirdi. Qeyd edək ki, o 2006-ci ildə burada Almaniya vətəndaşı ilə ailə quraraq yaşamağa başlamışdı.
Onun məhkəmə prosesi başa çatdığı an o ağlamağa başlamış və uşaqlarını böyütməli, doyurmalı olduğunu demişdir. Lakin qərar qüvvədə qaldı. Onu hazırda 7 illik həbs cəzası gözləyir. Müstəntiqlərin fikrincə o əsası Nigeriyada qurulan şəbəkə cinayətkarlarının sadəcə “əl altında işlətdikləri” biridir.