10 C
Baku
Friday, December 27, 2024

Nigeriyanın neft naziri: “Ölkədə hər gün 400 min barrel neft oğurlanır”

Nigeriyanın Neft Ehtiyatları üzrə Dövlət Naziri Timipre Silva verdiyi açıqlamada, xam neftin oğurlanmasının Nigeriyanın Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik kvotasını yerinə yetirmə qabiliyyətinə təsir etdiyini bildirib. O deyib ki, ölkədə hər gün 400 min barrel neft oğurlanır.

Banker.az bu barədə Sputnikə istinadən xəbər verir.

Nigeriyanın ixrac ayırmasının 1.8 mln. barreldən 1.4 mln. barrelə düşdüyünü qeyd edən Silva, bu böyük itkinin ölkə iqtisadiyyatına zərər verə biləcəyini bildirib. Ölkədə 200-dən çox qanunsuz neft emalı zavodu fəaliyyət göstərir. Son iki həftədə oğurlanmış 3.8 mln. litr xam neft ələ keçirilib.

Qeyd edək ki, təxminən 37 mlrd. barrel neft ehtiyatı olan Nigeriya dünya ehtiyatlarının 3.1%-inə sahibdir. Xam neft hasilatında dünyanın ilk 15 ölkəsi arasında yer alan Nigeriya dünyada ən çox neft ehtiyatına malik 8-ci, neft ixracatında isə 6-cı ölkədir.

Ölkənin neft yataqlarının yerləşdiyi Çaylar və Delta bölgəsində gündə 1.5 mln. barreldən çox xam neft hasil oluna bilər, lakin silahlı qrupların təxribatları, münaqişələr və adam oğurluğu kimi hadisələr səbəbindən ən azı 500 min barrel tutumdan istifadə edilə bilmir.

Son xəbərlər
Digər xəbərlər