10 C
Baku
Thursday, December 12, 2024

Nikah pozulduqdan sonra tərəflərin kredit və ya digər borcları necə bölünür?

Ən çox verilən suallardan biri ər-arvad nikahını pozduqdan sonra nikah dövründə əmlakın bölünməsi məsələsidir.

Nəzərinizə çatdıraq ki, nikah dövründə əldə edilmiş əmlak bərabər bölünür. Lakin ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

Digər məsələ isə nikah dövründə əldə edilmiş əmlak bölündüyü qədər, nikah dövründə yaranmış borcları da buna şamil etmək olar. Nikah pozulduqdan sonra ər-arvad bir birindən borcun yarısını da tələb edə bilər. Ümumi əmlak bölünərkən ər-arvadın borcları onun payına uyğun olaraq müəyyən edilir.

Məsələn, nikah dövründə ər arvadın adına 2000 manat pul kredit götürür və faizi ilə birlikdə bu məbləğ 3000 manat edir. Nikah pozulduqdan sonra arvad həmin məbləğin 1500 manatını tələb edə bilər.

Mənbə: Ailə Məcəlləsi maddə 36 və 37.

37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

Son xəbərlər
Digər xəbərlər