Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-iyulunda 29191 nikah və 12610 boşanma halları qeydə alınıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq
6,1-dən 4,9-a düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.