27 C
Baku
Saturday, July 27, 2024

“Nike” onlayn-mağazası Kobi Brayant brendi altında bütün məhsullarını iki günə satdı

“Nike” onlayn-mağazası basketbolçunun ölümündən sonra Kobi Brayant brendi altında bütün məhsullarını cəmi iki günə satıb. Şirkət Kobi Brayant brendi altında ümumi olaraq 17 idman ayaqqabısı modelini istehsal edib.

Banker.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” yazıb.

“Nike” nümayəndəsi bu mövzu ilə bağlı olaraq bildirib ki, bütün malların satılmasının Kobi Brayantın ölümü ilə heç bir əlaqəsi yoxdur. Basketbolçunun ölümündən sonra şirkət istehsal etdiyi ayaqqabını Kobe AD brendi altında buraxıb.

Şirkətin saytında idmançının ölümünə həsr olunmuş müraciət yerləşdirilib. “Kobi Nike ailəsinin ən sevimli üzvlərindən biri idi. Biz onun üçün çox darıxacağıq”, – saytda deyilir.

Xatırladaq ki, Kobe Brayant qızı və daha 7 nəfər ilə birlikdə bazar günü, yanvarın 26-da vertolyot qəzasında həlak olub. Brayant tarixinin ən uğurlu basketbolçularından biri idi. “Nike” Kobi Brayant ilə 2003-cü ildən əməkdaşlıq etməyə başlamışdır və 2016-cı ildə onun idman karyerasını başa vurduqdan sonra belə bu brend altında məhsul istehsal etməyə davam edib. “Forbes” jurnalının qiymətləndirmələrinə görə, həyatı boyu idmançı ümumilikdə 680 milyon dollar qazanıb.

Son xəbərlər
Digər xəbərlər