Milyarder Bill Akmanın idarəedici şirkəti olan “Pershing Square Capital Management” idman malları istehsalçısı “Nike Inc.”in 3 milyondan çox səhmini aldığını açıqlayıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu xəbərin fonunda “Nike” səhmləri cümə axşamı 3.7% bahalaşıb. Qeyd edilir ki, “Pershing Square” onun təxminən 240 milyon dollarlıq səhmlərini alıb.
İlin əvvəlindən bəri “Nike”nin kapitallaşması 28% azalaraq 117.7 milyard dollara enib, bu, dördüncü maliyyə rübü üzrə zəif hesabata görə olub. İyunun sonunda şirkət rüblük gəlirinin 2% azaldığını, bundan sonra kotirovkaların 20% aşağı düşdüyünü bildirib.
“Pershing Square” digər məşhur şirkətlərin, o cümlədən “Hilton Worldwide Holdings” hotellər şəbəkəsi, “Chipotle Mexican Grill” restoranlar şəbəkəsi və “Burger King” brendinin sahibi olan “Restaurant Brands International”ın səhmlərinə sahibdir.