13 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

“Nike” şirkəti “Nikeland” virtual dünyasını yaratmaq üçün “Roblox” ilə birləşir

“Nike” və “Roblox” oyun platforması “Nikeland” adlı virtual dünya yaradacaq.

Banker.az xəbər verir ki, bu, istehsalçının metakainatın yaradılması istiqamətində artdığı ikinci addımdır – noyabrın əvvəlində o, virtual idman ayaqqabısı və geyim üçün bir neçə ticarət nişanını qeydiyyatdan keçirmişdi.

“Nikeland” virtual dünyasında istifadəçilər rəqəmsal əkizlərini şirkətin geyiminə geyindirə biləcəklər. Kibermühit tamamilə pulsuz olacaq, onun vasitəsilə şirkət yeni məhsullarını sınaqdan keçirəcək və istehlakçıların maraqlarını öyrənəcək.

“Nike” öz virtual dünyasının dəyərini yeni nəsil idmançılarla ünsiyyət qurmaqda, onları markanın pərəstişkarı etməkdə görür ki, gələcəkdə bu, real satışlara səbəb olsun .

“Nikeland” – “Roblox” ilə ilk əməkdaşlıq deyil. 2019-cu ilin may ayında “Air Jordan” markası “Fortnite” oyunu ilə tərəfdaşlıq etməyə başlayıb.

Son xəbərlər
Oxşar xəbərlər
X