8 C
Baku
Tuesday, March 19, 2024

“Nike” və “Adidas” Trampdan ayaqqabı tariflərini eyni səviyyədə saxlamasını istəyiblər

Amerikanın ayaqqabı riteylerləri, ABŞ prezidenti olan Donald Trampa məktub göndəriblər. Məktubda şirkətlər ölkə başçısından ayaqqabı tariflərinin eyni səviyyədə saxlamasını istəyiblər. Əlbəttə ki, burada Çindən gətirilən mallar nəzərdə tutulur.

Banker.az xəbər verir ki, “25%-lik tariflər istehlakçılar, şirkətlər və amerikan iqtisadiyyatı üçün faciə olacaqdır”, – sənəddə deyilir. İdxal qiymətinin qalxması, malın yekun qiymətinə təsir edəcək. “Amerikanın ayaqqabı distribyuterləri və satıcıları” assosiasiyasının qiymətləndirmələrinə görə, tarif artımından sonra sahibkarların ayaqqabıya çəkdikləri xərclər ildə 7 milyard dollar artacaqdır.

Bu gün ABŞ-da istehlak mallarının tarifləri orta hesabla 1,9%, ayaqqabı tarifləri isə 11,3% təşkil edir. “Bəzi amerikan ailələr 100%-lik vergi ödəməli olacaqlar”

Xatırladaq ki, daha əvvəl Donald Tramp ticarət danışıqlarının pozulması fonunda, qarşı tərəfə münasibətdə ticarət tariflərini qaldırmaq niyyətində olduğunu söyləmişdir.

Son xəbərlər
Digər xəbərlər