2 C
Baku
Saturday, December 14, 2024

“Nike” virtual idman ayaqqabısı istehsal edəcək

“Nike” virtual idman ayaqqabılarının istehsalına başlamaq niyyətində olduğunu açıqlayıb.

Banker.az xəbər verir ki, şirkət RTFKT adlı NFT-studiyasını əldə edib, hansıki metakainatlar üçün kolleksiyaların yaradılması ilə məşğul olur.

“Bu alış “Nike”ın rəqəmsal transformasiyasını sürətləndirən və idman, yaradıcılıq və oyunlar sahəsinin kəsişməsində xidmət etməyə imkan verən daha bir addımdır. Biz orijinal və bir-biri ilə əlaqəli brendə malik çox istedadlı yaradıcılar komandası əldə edirik. RTFKT bizə brendə sərmayə qoymağa, eləcə də onun rəqəmsal mövcudluğunu və imkanlarını genişləndirməyə imkan verəcək”, – deyə “Nike”ın prezidenti və baş direktoru Con Donahyu söyləyib.

2020-ci ildə Benua Paqotto, Kris Le və Stiven Vasilyev tərəfindən qurulan RTFKT fiziki və rəqəmsal dəyərin sərhədlərini müəyyən edən qabaqcıl və innovativ brenddir. Komanda virtual məhsullar və imkanlar yaratmaq üçün oyun mühərrikləri, NFT, blokçeyn autentifikasiyası və genişlənmiş reallıqdan istifadə edir.

Daha əvvəl rəssam FEWOCiOUS ilə əməkdaşlıq nəticəsində RTFKT virtual idman ayaqqabısı ilə qoşalaşmış real idman ayaqqabılarının satışı kampaniyasına başlamışdı. Nəticədə cəmi 6 dəqiqə ərzində təxminən 600 cüt NFT idman ayaqqabısı satılmışdı, bu da RTFKT-yə 3.1 milyon dollardan çox gəlir gətirmişdi.

Son xəbərlər
Digər xəbərlər