-3 C
Baku
Sunday, December 15, 2024

Nikel 2023-cü ildə ən çox ucuzlaşan metal olub

2023-cü ildə nikel London Metal Birjasında 44.7% ucuzlaşıb ki, bu da bütün metallar arasında ən pis nəticə və 2008-ci ildən bəri ən güclü eniş olub, “Bloomberg” yazır. Qiymətin azalması təklifin artması fonunda baş verib.

Agentlik ümumilikdə 2023-cü ili metal ticarəti üçün “çox pis il” adlandırır. London birjasında altı metalın ümumi reytinqi ilin əvvəlindən 5%-dən çox aşağı düşüb.

Eyni zamanda misin maya dəyəri 3%, dəmir filizi 19% artıb. “Bloomberg” mis qiymətlərinin artımını ABŞ Federal Ehtiyat Sisteminin 2024-cü ildən faiz dərəcələrini aşağı salacağına dair optimist gözləntilərlə əlaqələndirir. Agentliyin məlumatına görə, son ticarət günündə nikelin qiyməti 1.5% azalaraq ton üçün $16.480, mis 0.02% azalaraq ton üçün $8.608-ə düşüb.

Daha əvvəl “Fitch Ratings” Çindəki paslanmayan polad istehsalçılarının tələbinin azalması səbəbindən 2024-cü il üçün nikel qiymət proqnozlarını ton başına 19 000 dollardan 18 000 dollara endirib. Agentliyin məlumatına görə, nəticədə gələn il qlobal nikel istehsalçılarının 20-25%-i zərərlə və ya gəlirlilik astanasında fəaliyyət göstərəcək.

Son xəbərlər
Digər xəbərlər