HSBC bank qrupu 27 oktyabr 2023-cü il tarixindən etibarən Rusiya və Belarusa münasibətdə hüquqi şəxslər üçün pul köçürmə xidmətlərinin göstərilməsini dayandırır, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.
Yaponiyanın “Nikkei” qəzetinin yazdığına görə, bu addım beynəlxalq maliyyə sektorunda “tənzimləmə mənzərəsinin mürəkkəbləşməsi” ilə bağlıdır. Qərarın məqsədi “Rusiya və Belarusda pul köçürmələri ilə mövcud riskləri minimuma endirməkdir”.