17 C
Baku
Friday, October 18, 2024

“Nikkei” indeksi 33 illik maksimuma çatıb

Yaponiyanın əsas fond indeksi “Nikkei” 1990-cı ilin iyulundan bəri ilk dəfə 33.018 bəndə çatıb. İndeks ABŞ-da inflyasiyanın səngiməsi gözləntiləri, “Toyota”nın elektromobillərin istehsalı üçün yeni texnologiyaların tətbiqi planları, həmçinin “OpenAI” rəhbərliyi ilə Yaponiya korporasiyası arasında aparılan danışıqlar barədə məlumatlara görə dərhal 1.8% artıb.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Yaponiya Mərkəzi Bankının aşağı inflyasiyanın gözləntiləri və ölkədə iqtisadi fəallığın tədricən bərpası fonunda investorların müsbət əhval-ruhiyyəsi “Nikkei” indeksinin ardıcıl bir neçə gün artmasına gətirib çıxarıb. “NLI Research”in tədqiqatçısı Tizira Morişita deyir: “Yaponiya listinq şirkətləri bu fürsətdən istifadə edə və onların fəaliyyətini yaxşılaşdırmaqla investorların müsbət əhval-ruhiyyəsini əsaslandıra bilsələr, bu, çox güman ki, investor vəsaitlərinin axınında uzunmüddətli tendensiyaya səbəb olacaq”.

Son xəbərlər
Digər xəbərlər