Asiyanın ən böyük birjası olan Tokio Fond Birjasında hərraclar İran ətrafında növbəti gərginliyin artması fonunda kotirovkaların enməsi ilə başlayıb.
Hərrac məlumatlarına görə, sessiyanın əvvəlində səhmlər cüzi bahalaşsa da, yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 05:30) nəzərəçarpacaq enişə keçib. Belə ki, Yaponiyanın 225 aparıcı şirkətinin səhmlərinin qiymət dəyişikliklərini əks etdirən Nikkei indeksi 1,43% azalaraq 67 580,69 bəndə düşüb.
Yerli müşahidəçilərin sözlərinə görə, investorların əhval-ruhiyyəsinə mənfi təsir göstərən əsas amillər ABŞ və İran arasında münaqişənin növbəti dəfə kəskinləşməsi, eləcə də vəziyyətin gələcək nizamlanması ilə bağlı qeyri-müəyyənlikdir.
Bununla yanaşı, süni intellekt və yarımkeçiricilər sahəsində fəaliyyət göstərən şirkətlərin güclü göstəriciləri mənfi təsiri müəyyən dərəcədə kompensasiya edir.







