Asiyanın ən böyük birjası olan Tokio Fond Birjasında ticarət sessiyası İran ətrafında növbəti gərginliyin artması fonunda kotirovkaların enməsi ilə başlayıb. Bunu birja məlumatları göstərir.
Yaponiyanın 225 aparıcı şirkətinin səhmlərinin dinamikasını əks etdirən əsas Nikkei indeksi ticarətin əvvəlində 4,35% azalaraq 63 693,25 bənd səviyyəsinə düşüb.
Analitiklərin sözlərinə görə, investorların əhval-ruhiyyəsinə İran ətrafındakı münaqişənin növbəti dəfə kəskinləşməsi ilə bağlı xəbərlər təsir edib. Bundan əlavə, investorlar ABŞ-də uçot dərəcəsinin artırılması ehtimalından da narahatdırlar.







