5 C
Baku
Tuesday, March 10, 2026

“Nikkei” indeksi neft qiymətlərinin sabitləşməsindən sonra 3% artıb

“Nikkei Stock Average” birja indeksi səhər ticarətin ilk 15 dəqiqəsində bazar ertəsi səviyyəsi ilə müqayisədə 1,4 min bənd və ya 2,66% artaraq 54 130,8 bəndə çatıb. Bu barədə “Kyodo” агентliyi məlumat yayıb. Artım enerji daşıyıcılarının qiymətlərinin kəskin bahalaşmasına bazarın reaksiyası nəticəsində baş vermiş dünənki enişdən sonra qeydə alınıb.

Ümumi “Topix” indeksi 71,34 bənd (2%) artaraq 3647,18 bəndə yüksəlib. Ticarətin liderləri isə əlvan metallar sektoru, şüşə və keramika sənayesi, həmçinin maşınqayırma olub.

Agentliyin məlumatına görə, artım ABŞ prezidenti Donald Trampın İran əleyhinə ABŞ-İsrail əməliyyatının uğurlu keçdiyini bildirməsindən sonra Yaxın Şərqdə müharibənin tezliklə başa çata biləcəyi ilə bağlı gözləntilərlə əlaqədardır.

Saat 9:00-da (Bakı vaxtı ilə 4:00) ABŞ dolları təxminən 157,9 yen təşkil edib. Müqayisə üçün, Nyu-Yorkda bu göstərici 157,6 yen, Tokioda isə bazar ertəsi saat 17:00-da 158,47 yen olub.

Son xəbərlər
Digər xəbərlər