23 C
Baku
Friday, April 19, 2024

“NIKOIL Bank” 3 mln. manata yaxın mənfəət açıqladı

“NIKOIL Bank” ASC-nin cəmi faiz gəlirləri 2019-cu ilin ilk yarımilliyində 31,37 milyon, qeyri-faiz gəlirləri 2,71 milyon, faiz xərcləri 7,34 milyon və qeyri-faiz xərcləri isə 14,34 milyon manar təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Bankın 2019-cu ilin 2-ci rübü üzrə maliyyə hesabatında deyilir.

Beləliklə bankın əməliyyat mənfəəti hesabat dövrünün sonuna 11,88 mln. manat təşkil edib. Lakin, bank 9,14 mln. manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar edib və bankın yarımillik xalis mənfəəti 2,75 mln. manat təşkil edib. 

Hazırda “NIKOIL Bank”ın cəmi aktivləri 429,03 mln. manat olmaqla bunun 263,21 mln. manatı kredit portfelidir. 2-ci rübün sonuna cəmi öhdəlikləri 359,91 mln. manat olmaqla 256,72 mln. manatı müştərilərdən cəlb edilmiş əmanətlərdir. Bankın cəmi kapitalı isə 69,11 mln. manatdır.

Son xəbərlər
Digər xəbərlər