23 C
Baku
Tuesday, April 23, 2024

“NIKOIL Bank” beynəlxalq nüfuzlu bankirlərin iştirakı ilə “Sabahın Bankçılığı” forumu keçirdi

6 aprel tarixində Bakı Konqres Mərkəzində müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin iştirakı ilə “NIKOIL Bank”ın müştəriləri və tərəfdaşları üçün “Sabahın Bankçılığı” adlı iqtisadi forum keçirildi. Tədbirin əsas mövzusu maliyyə xidmətləri sahəsindəki beynəlxalq tendensiyalara həsr olunmuşdu.

“NIKOIL Bank”ın idarə heyətinin sədri Nikoloz Şurqaia qonaqları salamladı və qeyd etdi:

Bakıda 6 il çalışmış bir iqtisadçı və beynəlxalq bankir kimi, hazırda Azərbaycanda həyata keçirilən geniş miqyaslı islahatlardan təsirləndim. Dünya Bankının 2018-ci il “Doing Business” reytinqində 25-ci yer diqqətçəkicidir. Ancaq bu, Azərbaycanın böyük region üçün beynəlxalq səviyyədə görkəmli biznes və investisiya məkanına çevrilməsi yolunda sadəcə bir addımdır.

 

Müştərilərimizi və tərəfdaşlarımızı beynəlxalq tendensiyalardan doğan dəyişikliklərə daha yaxşı hazırlamağımıza kömək etmək üçün öz təcrübələrini bizimlə bölüşəcək natiqlərə minnətdarlığımı bildirirəm. Bankımızın hər bir komanda üzvü və mənim üçün müştərilərimiz və portnyorlarımız ən başda olacaq və  sizə ürəklə xidmət etməyə davam edəcəyik. Hədəfimizi bu cür ifadə etmişik: sadə kommunikasiya üslubu ilə həllər tapmaq və təbəssümlə, səmimiyyətlə işləmək”.

Tədbirdə ABŞ, Böyük Britaniya, Almaniya, Belorusiya və Gürcüstandan beynəlxalq maliyyə təşkilatlarını təmsil edən dünyaca nüfuzlu maliyyəçilər və bankirlər aşağıdakı mövzularda çıxışlar etdilər:

Sabahın bankçılığından nələr gözlənilir?
Rəqəmsal eranın əsas çənlikləri hansılardır, müəssisə və banklar onları necə həll edir?
Dünya maliyyə bazarlarında baş verən dəyişikliklər yerli bazarlara necə təsir edir?
Gələcəkdə müştəri təcrübəsi necə olacaq?

 

“NIKOIL Bank” Azərbaycanda əhali və müəssisələr üçün 25 ildir ki, xidmət göstərən maliyyə müəssisəsidir. Qabaqcıl beynəlxalq təcrübə əsasında dəyişilən və yenilənən bank ən yaxşı maliyyə xidmətləri əldə etmək istəyən hər kəsin bankına çevrilməyi hədəfləyir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər