“NIKOIL Bank” dizayner axtarır
Öhdəliklər:
- Təqdimatların tərtibatı
- Şirkət üslubunun və brendbuk elementlərinin hazırlanması;
- Korporativ saytın interfeysinin hazırlanması;
- Web və flash bannerlərinin yaradılması;
- Çap məhsullarının dizayn və adaptasiyasının maketi, səhifə dizaynı;
- Reklam məhsullarının yaradılması, hazır maketlərin korreksiyası;
- Reklam maketlərinin, o cümlədən küçə reklam maketlərinin hazırlanması;
- Maketlərin hazırlanaraq çapa verilməsi;
- Fotoşəkillərin işlənməsi;
- Sosial şəbəkələr üçün posterlərin yaradılması;
- Tapşırıqlara kreativ və müasir yanaşma;
- Rəsm çəkə bilmə qabiliyyəti üstünlükdür;
Tələblər:
- Keyfiyyətli və hərtərəfli portfolionun olması mütləqdir;
- Funksional və rahat interfeyslərin tipoqrafiyasının, kompozisiyanın yaradılmasının dəqiq anlaşılması;
- Xırda detallara diqqət və işə son dərəcə məsuliyyətli yanaşma – İnterfeysin hər bir elementini maksimum səylə işləyə bilmə bacarığı;
- Müasir qrafik proqramlarla işləyə bilmə bacarığı (Adobe Illustrator, Photoshop, Corel Draw, Adobe InDesign, Adobe Premiere və s.)
- Web-dizaynın aktual trendlərini bilmə və anlama bacarığı;
Şərtlər:
Ciddi iş qrafiki: 09:00-dan 18:00-a kimi
Əmək haqqı: 700 AZN-dən başlayaraq
Əlavə təlimatlar:
İş təcrübəsi: 1 il ( Maliyyə müəssisələrində işləyənlərə üstünlük veriləcək)
Portfolionun olması üstünlükdür.
CV-lərin [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.
CV-lərin təqdim olunma müddəti 2017-ci il aprelin 15-dəkdir!