19 C
Baku
Friday, October 4, 2024

“Nikoil Bank” Gənclər gününü qeyd etdi – FOTO

Fevralın 2-də Nikoil Bankın Puşkin küçəsi, 30 ünvanında yerləşən Baş Ofisində Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilmişdir. Bankın konfrans zalında Bankın nümayəndələri ilə  paytaxtın aparıcı universitetlərinin tələbələri ilə görüş keçirilmişdir.

Gənclərin qarşısında xüsusi dəvət olunmuş qonaq – aktyor, şoumen, rejissor və əfsanəvi “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun iştirakçısı Bəhram Bağırzadə çıxış etmişdir. Tədbirin sonunda Bəhram Bağırzadə tədbirin bütün iştirakçılarına özünün ən son kitablarından birini hədiyyə etmişdir.

“Siz vətənpərvərsinizsə, öz işinizdə peşəkar olmalısınız”,  Bəhram bildirdi və görüşün bütün iştirakçılarına uğurlar, böyük nailiyyətlər və ölkəmizin rifahı naminə gənclərə təşəbbüslərində parlaq qələbələr arzuladı.

 

Xatırladaq ki, hələ 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Ümummilli Lider Heydər Əliyev imzaladığı sərəncama əsasən, Azərbaycan gənclərinin 1-ci  Forumunun keçiriləcəyi gün – 2 fevral “Azərbaycan Gəncləri Günü” kimi elan edilmişdir.

 

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və  qabaqcıl satış şəbəkəsi olan  universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az  səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Son xəbərlər
Digər xəbərlər