34 C
Baku
Wednesday, August 17, 2022

NIKOIL | Bank-ın №3 filialı indi yeni ünvanda!

Bugün NIKOIL | Bank-ın №3 saylı filialının yeni ünvanda təntənəli açılışı baş tutmuşdur. Filial Səməd Vurğun küçəsi 166 ünvanında (Azərbaycan Tibb Universiteti ilə üzbəüz) yerləşir. Rəmzi qırmızı lenti Bankın İdarə Heyətinin Sədri Vasiliy Xamaza və filial direktoru İlham Allahverdiyevlə birlikdə kəsdilər. Filial müştərilərinə bank xidmətlərinin bütün növlərini təqdim edir: müddətli əmanətlər üzrə əməliyyatlar, istehlak kreditləri, kiçik və orta biznes kreditləri, plastik kartlar üzrə əməliyyatlar, pul köçürmələrinin müxtəlif növləri, kommunal xidmətlərin və mobil operatorların ödənişi. Bütün satış məntəqələrində olduğu kimi, №3 saylı filialda pərakəndə istiqamətdə davam edəcək, bununla bərabər, korporativ müştərilərə də xüsusi diqqət ayrılacaqdır və xidmət göstəriləcəkdir. Səmimi münasibət və yüksək peşəkar xidmət, sərfəli şərtlər və müxtəlif kampaniyalar – NIKOIL | Bank-ın təklif etdiyi xidmətlərin hamısı deyil.

Beləliklə, bugünki gündə bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.

Bugün, NIKOIL | Bank əhaliyə ənənəvi Yeni il əmanət aksiyasını təqdim edir. Aksiyanın şərtlərinə əsasən istənilən şəxs 1000 AZN/USD/EUR məbləğindən az olmayaraq, 3 aydan 60 aya qədər müddətə əmanət yerləşdirə bilər. Belə ki, O, Bankdan əmanət faiz dərəcəsinə +1% hədiyyə qazanacaqdır. Əmanət üzrə sərfəli faiz dərəcəsi ilə bərabər, hər bir əmanətçi Bankdan dəyərli hədiyyə – 15 000 USD məbləğində torba və 20 ədəd müasir smartfon telefon əldə etmək üçün uduşa şans əldə edəcəkdir. Aksiya 25 yanvar 2016-ci ilə qədər davam edəcək. Qeyd etmək lazımdır ki, aksiyanın ilk bir həftəsi ərzində 5 mln. manata yaxın əmanət cəlb edilmişdir.

“NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

3filial-foto2 3filial-foto

Son xəbərlər
Oxşar xəbərlər