13 C
Baku
Thursday, November 14, 2024

Nikoil Bank müştərisinə 15 000 ABŞ dolları Hədiyyə etdi!

Bugün NİKOİL | BANK-ın Puşkin  küçəsi 30 ünvanında yerləşən Baş ofisində  «Nikoil | 2016»  ənənəvi yeni il əmanət aksiyasının başa çatması ilə əlaqədər, aksayada qalib olan əmanətçilərin təntənəli mükafatlandırması keçirilmişdir. Lotereyada 20 ədəd  Samsung smartfonu  və  1 ədəd 15 000 ABŞ dolları məbləğində pul mükafatı oynanılmışdır. Bankın 21 müştərisi bu dəyərli hədiyyələrin sahibləri olmuşdurlar.

 

Xatırlatmaq istəyirik ki, aksiya 23 noyabr 2015-ci il tarixindən 25 yanvar 2016-cı  il tarixinədək davam edirdi.

Lotereyanın şərtlərinə əsasən, hər 1000 – 5000 AZN/USD/EUR dəyərində əmanət yerləşdirənə 1 şans, növbəti hər bir 5000 AZN/USD/EUR yerləşdirənə isə əlavə 1 şansa bərabər idi. Belə ki, bir əmanətçi maksimum 10 şans əldə edirdi. Bir əmanətçi yalnız 1 dəyərli hədiyyə qazana bilərdi. Uduşda, eyni zamanda, hazırda aktiv olan bütün əmanətlər iştirak edirdi.

 

Bugünədək aksiya çərçivəsində 60 mln. manatdan artıq əmanət cəlb edilmişdir.  Hazırda NIKOIL | Bank-ın ümumi depozit portfeli  321 mln. AZN təşkil edir.

Bugün NİKOİL | BANK  əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. NİKOİL | BANK-ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: www.facebook.com/bank.nikoil

Son xəbərlər
Digər xəbərlər