26 C
Baku
Saturday, July 27, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri “NIKOIL Bank”ın nizamnamə kapitalının artırılması müzakirə ediləcək

“NIKOIL Bank”ın nizamnamə kapitalının artırılması müzakirə ediləcək

0
“NIKOIL Bank”ın nizamnamə kapitalının artırılması müzakirə ediləcək

Dekabrın 17-də “Nikoil Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bu barədə mənbəyə Bankın İdarə Heyətinə istinadən xəbər verir.

Məlumata görə, yığıncaq saat 11:00-da “Nikoil Bank”ın baş ofisində – Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, 30 ünvanında olacaq.

nikoil 1
Bankın Baş ofisi, Bakı ş.

Yığıncağn gündəliyinə Bankın nizamnamə kapitalının artırılması (artımın 35,5 mln. manat təşkil edəcəyi bildirilir), nizamnaməsinə dəyişikliklər edilməsi, Audit Komitəsinin tərkibində dəyişikliklər aparılması və digər məsələlər daxildir.

Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən “Ülpər” kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 184,5 mln. manatdır. Bankın səhmlərinin 91,84%-i “Topaz Investments” QSC-yə, 7,97%-i adı açıqlanmayan fiziki şəxsə, 0,19%-i isə “ISR Holding” MMC-yə məxsusdur.