19.08.2016-cı il tarixində “NİKOYL” İnvestisiya Kommersiya Bankı ASC-nin Müşahidə Şurasının Moskvada iclası keçirilmişdir. İclasda əsas müzakirə mövzusu Bankın nizamnamə kapitalının artırılması olmub. Müşahidə Şurası tərəfindən Səhmdarların Ümumi Yığıncağına Bankın nizamnamə kapitalının 60 mln. manatadək artırılması tövsiyyə edilmişdir. Bu barədə Banker.az-a Bankdan məlumat verilib.
Bankın Səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası cari ilin avqustun sonunadək keçirilməsi nəzərdə tutulub.
Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ səhifə www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil