10 C
Baku
Thursday, December 12, 2024

NIKOIL | Bank Qurban bayramı münasibəti ilə uşaq evlərinin yetirmələrini təbrik etdi

Müqəddəs Qurban bayramı ərəfəsində, NIKOIL | Bankın  kollektivi növbəti xeyriyyə aksiyasını  keçirdi, bu dəfə Qaradağ rayonun Qızıldaş qəsəbəsində məskunlaşan, Abşeron yarımadasının müxtəlif  internatlarının  və uşaq evlərinin yetirmələri olan 40 aztəminatlı ailəni Müqəddəs Qurban bayramı münasibətilə təbrik etdi. Hər ailə bank kollektivi adından öz bayram payını aldı. Uşaqlara isə müxtəlif hədiyyə dəstlərini təqdim olundu. Qəsəbə sakinləriylə görüş yaşadıqları №8 saylı Texniki peşə məktəbinin yataqxanasında həyata keçirilmişdir.

Bu gün “NİKOYL” İKB  əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Son xəbərlər
Digər xəbərlər