-3 C
Baku
Sunday, December 15, 2024

NİKOIL | Bank səyahət yay əmanət aksiyasını yekunlaşdırdı

NİKOIL | Bank 02  iyun – 31-avqustadək davam edən  NIKOIL | Səyahət yay əmanət aksiyasını yekunlaşdırdı. Aksiya 3 aydan 60 ayadək müddətə illik 16% -ə qədər faiz dərəcəsi ilə ən azı 1000 AZN/USD/EUR məbləğində yerləşdirilən əmanətlərə şamil olunurdu.

Yeni müştərilərilər 1000 AZN dəyərində 15 səyahət kuponunun oynanılan lotereyada iştirak hüququ qazanmışdırlar. Lotereyanın unikallığı onda ibarət idi ki, aksiya müddəti ərzində  3 tiraj keçirilmişdir – 10 iyul, 10 avqust və 10 sentyabr, və hər birində 5 səyahət kuponu oynanılmışdır.

Onuda qeyd edək ki, aksiyada iştirak hüququqnu bankda əmanəti olan müştərilərdə əldə etmişdirlər, bunun üçün mövcud əmanətlərinin müddətini 50%  artırmaq kifayət idi.

Aksiyanın bütün müddəti ərzində 15 mln. 888 min manat  cəlb olunub.

Xatırladmaq istəyirik ki, NİKOYL | Bank əmanət xəttini yeniləyib. Belə ki, yeni əmanət növlərini 3 aydan 60 ayadək  müddətinə, faizlərin aylıq və ya müddətin sonunda hesablanması şərti ilə yerləşdirmək mümkündür. Yeni əmanət xətti aşağıdakı əmanət növlərindən ibarətdir:

NİKOİL  |  Vergisiz (maksimal illik gəliri AZN-lə 12%-ə və USD ilə 8,5%-ə qədər). Əmanətin unikallığı ondan ibarətdir ki, əmanət üzrə vergi ödənişləri Bank tərəfindən müştəriyə hədiyyə olunur.

NİKOİL  |  Stabil (maksimal illik gəliri AZN-lə 14,5%-ə, USD ilə 10%-ə və EUR ilə 8%-ə qədər). Əmanətin bu növü sığortalanan və artan faiz dərəcəsini özündə cəmləşdirir. Bu zaman əmanətə əlavə və əmanət müddətinin 3 aydan 60 aya qədər yerləşdirilməsi mümkündür.

Nikoil  |  Private (maksimal illik gəliri AZN-lə 13,7%-ə, USD ilə 9,1%-ə və USD ilə 7,6%-ə qədər). Əmanətin ilkin məbləğinin artırılması şərtilə, əmanətə olan faiz dərəcəsinin artması bu əmanət növünün əsas özəlliyidir. Bu əmanət VİP müştərilər üçün nəzərdə tutulmuşdur.

Bu gün NİKOYL | Bank əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir NİKOYL | Bankın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

i

ii

iii

3

Son xəbərlər
Digər xəbərlər